XƏBƏRLƏR

SABAH tələbələri ustad dərsində.

TƏLƏBƏLƏR

19 May 2025

BDU SABAH Mərkəzinin və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə #Fırat Universitetinin professoru Tuncay Yavuz Özdemir "Tədris prosesində sinfin idarə olunması" mövzusunda tələbə və müəllim heyəti üçün ustad dərsi keçmişdir.


Ustad dərsinin əsas məqsədi sinfin idarə edilməsi, təhsil proqramı və planı, tədris metodu, təhsil fəaliyyəti, texnologiya, zaman, məkan, müəllim və şagird arasında effektiv koordinasiyanı təmin etməklə öyrənmə üçün əlverişli mühit və nizam yaratmaqdır. Məruzəçi müəllim və şagird əlaqəsinin tənzimlənməsində başlıca amillərə, sinfin idarəsi üçün əlverişli mühitin yaradılması üçün lazımi üsul və vasitələrin istifadəsinə toxunmuşdur.