XƏBƏRLƏR

SABAH tələbələri üçün “Zəfər xatirələri” mövzusunda dəyirmi masa keçirilib

TƏLƏBƏLƏR

07 Noyabr 2025

 

Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin təşkilatçılığı ilə tələbələrdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun təbliği, Zəfər tariximizin şanlı səhifələrinin daha dərindən öyrənilməsi və Vətən müharibəsində göstərilən qəhrəmanlıqların gənc nəslə çatdırılması məqsədilə “Zəfər xatirələri” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr edilib. 

Dəyirmi masada Xüsusi Təyinatlı Qüvvələrin zabiti Şəmsəddin Qurbanov, XTQ giziri Rahil Xəlilov, Vətən müharibəsi iştirakçıları Həsən Yaqubov və Azim Nuruyev iştirak ediblər. Qəhrəman qazilər müharibə xatirələrini tələbələrlə bölüşərək, torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlər zamanı yaşadıqları hadisələrdən və keçirdikləri hisslərdən danışıblar.


Görüş zamanı qazilər tələbələrin çoxsaylı suallarını cavablandırıb, onlarla səmimi söhbət aparıblar.