SABAH tələbələri üçün “Yeni rəqəmsal texnoloji çağırışlar” mövzusunda ustad dərsi keçirilib
TƏLƏBƏLƏR
30 Oktyabr 2025
29 oktyabr 2025-ci il tarixində SABAH qruplarının tələbələri üçün ustad dərsi təşkil olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Yeni rəqəmsal texnoloji çağırışlar: problemlər, imkanlar və perspektivlər” mövzusunda çıxış edib.
Akademik Rasim Əliquliyev müasir dövrdə rəqəmsal transformasiya proseslərinin cəmiyyətin bütün sahələrinə təsirindən, süni intellekt, böyük verilənlər, kibertəhlükəsizlik və digər innovativ texnologiyaların meydana gətirdiyi yeni çağırışlardan danışıb. O, həmçinin bu sahədə yaranan problemlərin elmi və praktiki həll yolları, eləcə də Azərbaycanda rəqəmsal ekosistemin inkişaf perspektivləri barədə geniş məlumat verib.
Ustad dərsi interaktiv şəkildə davam edib, tələbələr akademiklə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara ətraflı cavablar alıblar.