SABAH tələbələri üçün “Vaksin Biotexnologiyası: Nanovaksinlər” mövzusunda ustad dərsi keçirilib
TƏLƏBƏLƏR
24 Dekabr 2025
BDU SABAH Mərkəzinin təşkilatçılığı ilə Y.V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev tərəfindən SABAH tələbələri üçün "Vaksin Biotexnologiyası: Nanovaksinlər" mövzusunda ustad dərsi keçirildi.
Ustad dərsində vaksinlərin əsas iş prinsipi, klassik və müasir vaksin növləri, nanovaksinlərin xüsusiyyətləri haqqında ətraflı məlumat verildi. Nanohissəciklərin antigeni qoruyaraq birbaşa immun hüceyrələrinə çatdırması, daha güclü və hədəfli immun cavab yaratması onların əsas üstünlükləri kimi qeyd edildi.
Sonda nanovaksinlərin həm infeksion xəstəliklərdə, həm də xərçəng müalicəsində yeni imkanlar açdığı, lakin bu texnologiyanın tam tətbiqi üçün əlavə araşdırma, təhlükəsizlik dəyərləndirməsi və etik standartların gücləndirilməsinin vacib olduğu vurğulandı. Ustad dərsi qonaqların fikirləri və tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdırıldı.