SABAH tələbələri üçün “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim keçirilib
TƏLƏBƏLƏR
24 Dekabr 2025
BDU SABAH mərkəzinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində SABAH qruplarının tələbələri üçün “Təmiz dünya” İctimai Birliyinin Sədri Mehriban Zeynalovanın təqdimatında “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim keçirildi.
Təlimdə həssas qrupların xidmətlərə çıxışı onların sosial müdafiəsi, rifahı və cəmiyyətə tam inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı. Sosial cəhətdən risk altında olan, fiziki və mənəvi zorakılığa məruz qalan qadınlar, onların təhsil, səhiyyə, sosial müdafiə, hüquqi yardım və məşğulluq kimi əsas xidmətlərə maneəsiz çıxışı təlimin əsas müzakirə konteksti oldu.
Zorakılığa məruz qalmış qadınlar çox vaxt fiziki və psixoloji travma, iqtisadi asılılıq, qorxu, sosial təcrid və s. səbəblərdən lazımi qurumlara müraciət etməkdə çətinlik yaşayırlar. Məhz xidmətlərə çıxış həm təhlükəsizliklərinin təmin edilməsi, həm də sosial-psixoloji bərpası üçün həyati əhəmiyyət daşıdığı bildirildi. Sonda tələbələrin sualları cavablandırıldı.