SABAH tələbələri üçün 4 modullu təlim proqramı keçiriləcək
07 Noyabr 2025Keçirilmə tarixi: 07 Noyabr 2025
7-28 noyabr 2025-ci il tarixləri aralığında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi ilə Azərbaycan Beynəlxalq Maarif Məktəbləri arasında əməkdaşlıq çərçivəsində Mevlüt Altıntop tərəfindən SABAH qruplarının pedaqoji yönümlü tələbələri üçün “Olumlu Davranışsal Destek” mövzusunda 4 moduldan ibarət təlim keçiriləcək.
Təlimdə pedaqoji fəaliyyətlə məşğul olan magistratura tələbələri və 4-5-ci kurs bakalavriat tələbələrinin iştirakı nəzərdə tutulmuşdur.