ELANLAR

2024/2025-ci tədris ili üçün III, IV, V kurs bakalavriat və magistratura səviyyəsinin SABAH qrupları tələbələrinin yataqxana qeydiyyatı

01 Avqust 2024

Keçirilmə tarixi: 01 Avqust 2024

Hörmətli tələbələr, 2024/2025-ci tədris ilində SABAH yataqxanası  ilə təmin olunmaqla bağlı aşağıdakı məlumatla tanış olmağınız xahiş olunur.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan SABAH qruplarının tələbələri bu qruplarda təhsil aldıqları dövr ərzində yataqxanada yerləşdirilə bilərlər.

Müraciət etmiş namizədlərin sayı mövcud yerlərin (qız və oğlanlar üçün kvota yerlərin sayına uyğun olaraq) sayından çox olduğu halda, bərabər meyarlara cavab verən tələbələr arasından təhsil dövrü ərzində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbəyə üstünlük verilir.

Yataqxana ilə təmin olunma aşağıdakı meyarların göstərilən ardıcıllığına əsasən aparılır.

YATAQXANAYA QEYDİYYAT ÜÇÜN UYĞUNLUQ MEYARLARI

  1. Valideynlərindən birini və ya hər ikisini itirmiş, valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olan tələbələr, o cümlədən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin övladları, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Azərbaycan Respublikasının vətəndaşların övladları;
  2. Qaçqın və ya məcburi köçkün olan tələbələr və ya həmin ailələrin övladları;
  3. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvafiq dərəcədən (I və II qrup) əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilən tələbələr
  4. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən (I və II qrup) əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilən vətəndaşların övladları;
  5. Müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının övladları;
  6. Hər iki valideyni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınmış tələbələr;
  7. 3 və daha çox uşağı olan ailələrin övladları;
  8. SABAH qruplarında təhsil ilə əlaqəli olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində yerləşən ali təhsil müəssisələrindən SABAH baza ali təhsil müəssisələrinə köçürülmüş tələbələr.

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Meyarların əsası olaraq tələb olunan sənədlər (surətləri) aşağıdakılardır:

MEYAR 1 ÜZRƏ: Ölüm və ya boşanma haqqında şəhadətnamə, müvafiq statusu göstərən vəsiqə, (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

MEYAR 2 ÜZRƏ: Vəsiqə (Qaçqın və ya Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

MEYAR 3 ÜZRƏ: Vəsiqə və ya arayış (ƏƏSMN yanına tibbi-sosial ekspertiza komissiyası tərəfindən verilmiş) 

MEYAR 4 ÜZRƏ: Vəsiqə və ya arayış (ƏƏSMN yanına tibbi-sosial ekspertiza komissiyası tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

MEYAR 5 ÜZRƏ: Vəsiqə (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

MEYAR 6 ÜZRƏ: Arayış (ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

MEYAR 7 ÜZRƏ: Ailə tərkibi haqqında yaşayış yerindən arayış

MEYAR 8 ÜZRƏ: Sənəd tələb olunmur 

ŞƏXSİYYƏT VƏSİQƏSİNİN SURƏTİ BÜTÜN HALLARDA TƏQDİM OLUNMALIDIR.

DİQQƏT! Yeni növ şəxsiyyət vəsiqəsi olan tələbələr əlavə olaraq yaşayış yerindən arayış təqdim etməlidirlər. Tələbələrin yataqxanaya qeydiyyatı ELEKTRON MÜRACIƏT FORMASININ DOLDURULMASI və UYĞUN SƏNƏDLƏRIN TƏQDIM OLUNMASI əsasında aparılacaqdır.

Müraciət etmiş namizədlərin sayı mövcud yerlərin (qız və oğlanlar üçün kvota yerlərin sayına uyğun olaraq) sayından çox olduğu halda, bərabər meyarlara cavab verən tələbələr arasından təhsil dövrü ərzində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbəyə üstünlük veriləcəkdir.

ELEKTRON MÜRACİƏT FORMASININ DOLDURULMASI ÜÇÜN SON TARİX 20 AVQUST 2024-cü ildir.

Qeydiyyat linki: https://forms.office.com/r/NWBLjt0FtU

Tələbələr seçilmiş meyara uyğun sənədlərini 25 AVQUST SAAT 00:00-DƏK email vasitəsilə ilə student@sabah.edu.az email ünvanına təqdim etməlidirlər.

Sənədlər aydın şəkildə skan olunmuş formada “Yataqxanaya Müraciət 2024” başlığı altında göndərilməlidir. 

AYDIN ŞƏKILDƏ SKAN OLUNMAMIŞ SƏNƏDLƏR QƏBUL EDILMƏYƏCƏKDIR.