ELANLAR

ADMİU SABAH-ın ifasında “Sən mənim payımsan” tamaşası

18 Dekabr 2025

Keçirilmə tarixi: 18 Dekabr 2025

ADMİU SABAH Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış və ADMİU SABAH qruplarının Aktyor sənəti ixtisası üzrə IV təhsil ili tələbələrinin iştirakı ilə səhnələşdirilən “Sən mənim payımsan” tamaşası Qələbəmizin 5 illiyinə həsr olunur.

Səhnə əsəri Zəfərin arxasında dayanan sevgi, güc və səbirin bir ailənin həyatında necə yaşandığını səhnə dilində tamaşaçıya təqdim edir. Bu hekayə yalnız bir ailənin taleyi deyil — xalqımızın Zəfər yaddaşının bir parçasıdır.

Hekayənin müəllifi və quruluşçu rejissor: İradə Gözəlova

Baş rollarda: Nofəl Vəliyev – əməkdar artist, SABAH Mərkəzinin rəhbəri

Leyli Vəliyeva – əməkdar artist