SABAH tələbələri “TEKNOFEST-2024” yarışmasında final mərhələsinə yüksəliblər
TƏLƏBƏLƏR
23 İyul 2024
SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbələri Əhmədov Yaqub, Əlləzova Aysu, Rüstəmli İranə və Dizayn məktəbi II kurs tələbəsi Kərimov Emil “TEKNOFEST-2024” yarışmasında final mərhələsinə yüksəliblər! Onlar “Unity” komandası olaraq Maliyyə Texnologiyaları (FinTech) yarışmasında bütün mərhələləri “UniFi” layihəsi ilə uğurla keçərək Türkiyədə keçiriləcək final mərhələsində iştirak hüququ qazanıblar.