SABAH tələbələri “Student Development Summit”ində iştirak ediblər!
TƏLƏBƏLƏR
06 Dekabr 2024
SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (#ADNSU) Kimya Mühəndisliyi IV kurs tələbəsi Fəzilə Şirəlizadə, Neft-qaz mühəndisliyi tələbələri Araz Əkbərov və Fərid Mirzəli #Qazaxıstanın Atırau şəhərində keçirilən “Caspian Technical Conference and Exhibition (#CTCE)” və “Student Development Summit”ində uğurla iştirak ediblər!
Tələbələr tədbir çərçivəsində neft-qaz sənayesindəki texnoloji yeniliklər, dayanıqlı enerji həlləri və sənayedə ekoloji yanaşmalar kimi aktual mövzular üzrə müzakirələrdə iştirak edərək bilik və təcrübələrini artırıblar. Eyni zamanda, “Student Development Summit” sessiyasında müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Qazaxıstan və Belarusdan olan tələbələrlə birgə komandalar şəklində işləyərək praktiki və nəzəri məsələlər üzərində çalışıblar.