XƏBƏRLƏR

SABAH tələbələri seminarda.

TƏLƏBƏLƏR

19 May 2025

BDU SABAH Mərkəzinin təşkilatçılığı ilə #İstanbul #Gedik Universitetinin "Engelsiz Yaşam Uygulama ve Araştırma" Mərkəzinin rəhbəri Rahimə Gökboğa tərəfindən "Ailə konsultasiyasında istifadə olunan müdaxilə texnikaları” mövzusunda elmi seminar keçirildi.


Elmi seminarda iştirakçılara ailə terapiyasının əsas prinsipləri və sistem nəzəriyyəsinə əsaslanan müdaxilə yanaşmaları təqdim olundu. Əsas diqqət ailə terapiyasına, strateji müdaxilə texnikalarına və emosional fokuslu terapiyaya nəzəri və praktiki aspektlərdə yanaşıldı. Tələbələr elmi seminar müddətində rol oyunu (role-play) və vaka analizləri (case analyze) vasitəsilə ailədaxili münasibətlərin dəyərləndirilməsi və uyğun müdaxilə planlarının hazırlanması bacarıqlarını inkişaf etdirdilər. Ailədaxili kommunikasiya problemlərinin diaqnostikası, emosional bağların gücləndirilməsi və müdaxilə prosesinin mərhələliliyi kimi mövzular praktiki məşğələlərlə müşayiət olundu. Sonda tələbələrin sualları cavablandırıldı.