XƏBƏRLƏR

SABAH tələbələri Şəkidə infoturda

TƏLƏBƏLƏR

25 Noyabr 2025


SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq ixtisasının 3-cü və 4-cü kurs tələbələri üçün Şəki şəhərinə infotur təşkil edilib.

Səfərin əsas məqsədi tələbələrin ölkəmizin memarlıq irsi, tarixi abidələri və onların qorunması ilə bağlı bilik və təsəvvürlərini zənginləşdirmək olub.
İnfotur zamanı tələbələr Şəki xan sarayı, Karvansaray, Xan bağı, Bəxtiyar Vahabzadənin ev muzeyi, Alban kilsəsi və digər tarixi-mədəni məkanları ziyarət ediblər. Abidələr haqqında geniş məlumat verilib, onların memarlıq xüsusiyyətləri, tarixi və mənəvi dəyəri izah olunub.


Səfər çərçivəsində tələbələr arxeoloji qazıntıların aparılması prosesi ilə də tanış olublar. Bundan əlavə, Şəkinin ənənəvi sənət nümunələrindən olan məşhur şəbəkə qurulma texnologiyası tələbələrə əyani şəkildə nümayiş olunub. 
İnfotur tələbələrin nəzəri biliklərini praktiki müşahidələrlə birləşdirməsinə, milli memarlıq irsimizin dərinliklərini daha dərindən öyrənməsinə geniş imkan yaradıb.