XƏBƏRLƏR

SABAH tələbələri praktiki dərsdə iştirak ediblər.

TƏLƏBƏLƏR

24 Dekabr 2024

SABAH qrupları Azərbaycan İdman Akademiyasının Bədən tərbiyəsi və İdmanda Reabilitasiya ixtisasının tələbələri Azərbaycanda Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasında olublar.


“Nutrisiologiya” fənninin praktiki dərsi Azərbaycanda Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası (#ANDOP) Akademiyasında SABAH müəllimi və ANDOP-un rəhbəri və təsisçisi, həkim-terapevt, diyetoloq Sevinc Zaman tərəfindən keçirilib.


ANDOP Azərbaycanda piylənmə ilə mübarizədə ön sıralarda duran bir qurumdur və qidalanma, dietologiya və piylənmənin qarşısının alınması sahələrində elmi biliklərin artırılması və effektiv strategiyaların təşviqi ilə məşğuldur. Dərs zamanı “İdmançıların qidalanmasının spesifik xüsusiyyətləri” mövzusu real situasiya əsasında müzakirə edilib, bioimpedans cihazından istifadə edərək tələbələrin bədən tərkibinin analizi aparılıb.