SABAH tələbələri onlayn ustad dərsində
TƏLƏBƏLƏR
17 Dekabr 2024SABAH qrupları və Bakı Dövlət Universitetinin SABAH mərkəzinin təşkilatçılığı ilə SABAH qruplarının Biotexnologiya ixtisasının və Molekulyar biologiya ixtisaslaşmasının tələbələri və müəllimləri üçün Ərciyəz Universitetinin professoru Pr.Dr.Yusuf Özkulun təqdimatında “RNA tabanlı tedaviler ve Erciyes Universitesi deneyimi” mövzusunda onlayn ustad dərsi keçirildi.
Ustad dərsində sənayedə biotexnoloji məqsədlərlə istifadə olunan vektorlar, terapiyada RNT-lərdən istifadə imkanları, mRNT, siRNT, miRNT-lər haqqında və terapiya məqsədləri üçün klinik tədqiqatların vəziyyəti, CRİSPR-Cas9 texnologiyaları, CAR-T terapiya haqqında məlumat verildi, RNT texnologiyalarının tətbiqinin üstünlükləri vurğulandı. Həmçinin Pr.Dr.Yusuf Özkul Ərciyəz Universitetinin Tibb fakültəsinin tədqiqatçılarının TÜBİTAK proqramı çərçivəsində gördükləri işlər haqqında auditoriyaya məlumat verdi.
Təlim tələbələrin sualları və müzakirələrlə sonlandırıldı.