XƏBƏRLƏR

SABAH tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları – 2024” müsabiqəsində uğuru

TƏLƏBƏLƏR

10 May 2024

SABAH qrupları Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “tarix müəllimi” ixtisası üzrə III kurs tələbələri Ümid Mikayılov və Həlilə Sadıqova 2024-cü ilin mart-aprel aylarında Qazaxıstanın Astana şəhərində keçirilən, orta əsrlər Türk-İslam dünyasının böyük mütəfəkkiri Əl Fərabiyə həsr olunmuş “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində iştirak ediblər.

Ümid Mikayılov “Axıska türklərinin deportasiya və repatriasiya problemi” (rəhbər: dos. Sevinc Ruintən), Həlilə Sadıqova “Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Bakı və Şamaxı soyqırımları” (rəhbər: dos. Sevda İsmayılova) mövzusunda məqalələrinə görə I Dərəcəli diploma layiq görülüb, “Ən yaxşı tədqiqatçı - 2024” medalı ilə təltif ediliblər.