SABAH tələbələri marketing müsabiqəsinin qalibi oldular!
TƏLƏBƏLƏR
09 Aprel 2025
SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin (#UNEC) Maliyyə ixtisası üzrə üçüncü kurs tələbələri Mədinə İbadzadə və Nərgiz Tarverdiyevanın üzvü olduqları "TRUE MUN" komandası 11-14 mart tarixlərində "Azərsun Holding"in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən "BRAND ROOM" marketing müsabiqəsində birinci yerə layiq görüldü!
Qeyd edək ki, BRAND BOOM bir ideya müsabiqəsidir və Azərsun Holdinqin təşəbbüsü ilə Azərbaycanda keçirilən ilk marketinq müsabiqəsidir.