SABAH tələbələri “IDEALISE-1” İnkubasiya Proqramının qalibləri sırasında
TƏLƏBƏLƏR
05 Mart 2026
SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Proseslərin avtomatlaşdırılması ixtisası üzrə 4-cü kurs tələbələri Xədicə Hüseynli və Rahil Ağabəyli “IDEALISE-1” İnkubasiya Proqramının qalibləri sırasında yer alıblar.
Proqram çərçivəsində seçim mərhələsini uğurla keçən 13 komanda 5 ay müddətində intensiv inkubasiya və mentorluq prosesində iştirak edib. Bu müddət ərzində iştirakçılar komanda quruculuğu, bazar araşdırması, maliyyə planlaşdırması, biznes modelinin hazırlanması və təqdimat bacarıqları üzrə həm nəzəri, həm də praktiki biliklər əldə ediblər.
İnkubasiya mərhələsinin sonunda komandalar ideyalarını minimal işlək məhsul (MVP) səviyyəsinə qədər inkişaf etdirərək Demo Day çərçivəsində münsiflər heyəti qarşısında təqdim ediblər. Yekunda beş komanda qalib elan olunaraq 5 000 AZN məbləğində mükafatla təltif edilib.
Qeyd edək ki, “IDEALISE-1” İnkubasiya Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ADNSU-nun Startup və TTO Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Proqram universitetdə startap ekosisteminin inkişafına və tələbələrin innovativ ideyalarının reallaşdırılmasına mühüm töhfə verib.