SABAH tələbələri Hacettepe Universitetində!
TƏLƏBƏLƏR
12 May 2025
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti (#ADPU) və #Hacettepe Universiteti arasında əməkdaşlıq çərçivəsində1-9 may 2025-ci il tarixlərində “Ali təhsilin idarə olunması” mövzusunda təlim proqramı baş tutmuşdur.
Təlimdə ADPU SABAH qruplarının magistratura səviyyəsində “Ali təhsilin təşkili və idarə olunması” ixtisaslaşması üzrə təhsil alan I kurs tələbələri və nümayəndə heyəti iştirak etmişdir.
Təlim boyu ali təhsil siyasəti, keyfiyyət və akkreditasiya, ölçmə və qiymətləndirmə, ali təhsildə liderlik və təhsilin maliyyələşdirilməsi kimi bir sıra mövzularda seminarlar keçirilmiş və təlim proqramı çərçivəsində tələbələr Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası və Türkiyə-Azərbaycan Dostluq Fondunu ziyarət edərək, müxtəlif sosial istiqamətlərdə görüşlərdə iştirak etmişlər.
Sonda proqram iştirakçıları sertifikat ilə təltif olunmuşlar.