XƏBƏRLƏR

SABAH tələbələri “GreenTech III” Startap müsabiqəsinin qalibi oldular!

TƏLƏBƏLƏR

30 Aprel 2026

Azərbaycan Texnologiya Universitetində (ATU) regionun ən irimiqyaslı startap yarışı - “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi keçirildi.

SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri Babayev Fərda və Mehdiyeva Həcər “Co-Brain Medical” adlı mikroçip layihələri ilə “İNKLUZİV VƏ SOSİAL İNNOVASİYALAR” kateqoriyası üzrə 2-ci yerin qalibi oldular!

Qeyd edək ki, “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi Azərbaycan Texnologiya Universiteti, Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Respublikasının Gənclər Fondu (ARGF) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həmtəşkilatçılığı, “Eco Az Energy”, “Coca-Cola”, “ATS Food” MMC, “Bakcell” və Birbankın dəstəyi ilə keçirilib.