XƏBƏRLƏR

SABAH tələbələri ”Əlaçı” təqaüd proqramının qalibi olublar

TƏLƏBƏLƏR

16 Oktyabr 2025

SABAH qrupları Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri Xanım Hüseynli, Fidan Quliyeva və SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Xəyal Əliyev "PAŞA Holding" tərəfindən təşkil olunan "Əlaçı" təqaüd proqramının 3180 tələbə arasından seçilən 100 qalibindən olmuşdur. 

Qeyd edək ki, “Əlaçı" proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. 2025-2026-cı tədris ilini əhatə edən və beləcə artıq dördüncü dəfə təşkil olunan “Əlaçı" proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunur.

Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, onlayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri və "PAŞA Holding", eləcə də "PAŞA Qrup" şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil ediləcək. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edəcək.