XƏBƏRLƏR

SABAH tələbələri Beynəlxalq Tələbə Teatr Festivalında iştirak ediblər

TƏLƏBƏLƏR

23 Aprel 2026

SABAH qrupları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti ixtisasının IV kurs tələbələri Bişkekdə keçirilən “Yeni adlar” XI Beynəlxalq Tələbə Teatr Festivalında iştirak ediblər.

Onların ifasında avstriyalı dramaturq Yura Soyferin pyesi əsasında təqdim olunan “Vineta və ya Sulara qərq olunmuş şəhər" tamaşası üç kateqoriyada mükafatlandırılıb.

Azərbaycandan olan yaradıcı heyətin hazırladığı tamaşa festivalda üçüncü yeri tutub. “Ən yaxşı eksperiment” nominasiyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH müəllimi Mikayıl Mikayılov, “Ən yaxşı kişi rolu” nominasiyasında isə həmin universitetin SABAH tələbəsi Rahib Allahquliyev mükafatlandırılıblar.

Tamaşanın plastik səhnə həlli Elnur İsmayılova məxsusdur. Səhnə əsərində rolları SABAH-ın dördüncü kurs tələbələri Rahib Allahquliyev, Firuzə İsmayıl, Fatimə Əliyeva, Rüfət Əhmədov, Ləman Quliyeva, Murad Fərzəliyev, Elay Hənifəzadə və Sabir Gəraylı ifa ediblər.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistan və Qazaxıstanın incəsənət məktəblərinin teatr fakültələrinin tələbələri iştirak ediblər.