SABAH tələbələri beynəlxalq sərgidə!
TƏLƏBƏLƏR
16 May 2025
Mayın 13-dən Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian və Agro” sərgiləri başlayıb.
SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter Mühəndisliyi ixtisasının tələbəsi Selcan Manafova, Mexatronika və Robototexnika mühəndisliyi ixtisasının tələbələri Murad Qaramollayev, Nuran Əlizadə, Hüseyn Əliyev və İsgəndər Ağalarzadə sərgidə "Healwith" və "Vecta" startupını təqdim ediblər.
"Healwith" startupı süni intellekt vasitəsilə xəstə bitkilərin şəkli əsasında diaqnoz qoyur və onların müalicəsi ilə bağlı tövsiyələr verir, "Vecta" isə torpaqda baş verən dəyişiklikləri real vaxtda izləməklə, hansı qida elementlərinin çatışmazlığını müəyyənləşdirməyə imkan yaradır.
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgilərlə tanış olarkən ADNSU-nun "Healwith" startapı da dövlət başçısına təqdim olunub.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – "InterFood Azerbaijan" və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – "Caspian Agro" mayın 13-də öz işinə başlayıb və sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. Bu beynəlxalq sərgilərdə 31 ölkədən 450 şirkət iştirak edir və artıq milli brendə çevrilmiş "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri Xəzər regionunda kənd təsərrüfatı və qida sənayesi sahəsində ən irimiqyaslı tədbirlər hesab olunur.