XƏBƏRLƏR

SABAH tələbələri Beynəlxalq Proqramlaşdırma Müsabiqəsində!

TƏLƏBƏLƏR

16 Noyabr 2024

“49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin dörddəbir final mərhələsi keçirilib.
SABAH qrupları Azərbaycan Dövlət Pedaqoji Universitetinin (#ADPU) Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrindən ibarət (IV kurs tələbəsi Fidan Həsənzədə, V kurs tələbələri Yaqub Xəlilli, Röyal Adgözəlov) və Etibar Seyidzadənin rəhbərlik etdiyi “ASPU SABAH” komandası yarımfinala vəsiqə qazanıb.
 “49-cu #ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin dörddəbir final mərhələsi (XX Azərbaycan Birinciliyi) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) dəstəyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun (#ARTİ) tərəfdaşlığı ilə keçirilib. Qeyd edək ki, müsabiqədə 22 ali təhsil müəssisəsindən 51 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.
Müsabiqənin dörddəbir final mərhələsində komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Nəticələr avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
17 ali təhsil müəssisəsindən 25 komanda 13-15 dekabr 2024-cü il tarixində Gürcüstan Respublikasında keçiriləcək “49-cu ICPC - Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmə hüququ qazanıb.