XƏBƏRLƏR

SABAH tələbələri Beynəlxalq Müsabiqədə!

TƏLƏBƏLƏR

16 Dekabr 2024

SABAH tələbələri “49-cu - ICPC Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”ndə iştirak etdi. 


SABAH qrupları Azərbaycan Dövlət Pedaqoji Universitetinin (#ADPU) Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrindən ibarət (IV kurs tələbəsi Fidan Həsənzədə, V kurs tələbələri Yaqub Xəlilli, Röyal Adgözəlov), Etibar Seyidzadənin rəhbərlik etdiyi və ADPU SABAH əməkdaşı Əlmusa Atamalıyevin iştirakı ilə “ASPU SABAH” komandası 13-15 dekabr 2024–cü il tarixlərində #Tbilisi şəhərində Gürcüstan Milli Universitetində (#SEU) keçirilən “49-cu ICPC - Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak edib!


Qeyd edək ki, 13 oktyabr 2024-cü il tarixində keçirilmiş müsabiqənin Azərbaycan üzrə təsnifat mərhələsində 23 ali təhsil müəssisəsindən ümumilikdə 174 komanda iştirak edib. 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) dəstəyi, Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə 27 oktyabr tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş dörddəbir final mərhələsində (XX Azərbaycan Birinciliyi) 22 ali təhsil müəssisəsindən 51 komanda iştirak edib.