XƏBƏRLƏR

SABAH tələbələri beynəlxalq konfransda!

TƏLƏBƏLƏR

19 May 2025


SABAH qrupları Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası üzrə 2-ci kurs tələbələri “Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransı”nda iştirak ediblər. Belə ki, Əlisoy Şövkət “Study of the prevalence of gastric and duodenal ulcers according to gender and blood type” mövzusu ilə və Sadıxova Elnarə isə “Study of complications developing in patients with stomach cancer” mövzusu ilə patoloji anatomiya sessiyası üzrə münsiflər heyəti tərəfindən 1-ci yerə layiq görülmüşlər.


Qeyd edək ki, 16–17 may 2025-ci il tarixlərində #Özbəkistan Respublikasının #Səmərqənd şəhərində keçirilən “Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik #konfransı”nda dünyanın müxtəlif ölkələrindən 35 universitetin yüzlərlə tələbə və gənc tədqiqatçısı iştirak etmişdir.