XƏBƏRLƏR

SABAH tələbələri beynəlxalq konfransda

TƏLƏBƏLƏR

19 Noyabr 2025

SABAH qrupları Bakı Dövlət Universitetinin Biotexnologiya ixtisasının III kurs tələbələri Zümrüd Qasımova, Xədicə Vəliyeva və Ziyad Məmmədcanov Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.

Tələbələrimizin konfransa təqdim etdikləri tezisləri və poster təqdimatları qlobal çağırışlara cavab verən mövzuları əhatə edirdi.
Zümrüd Qasımova “Azerbaijan's Potential in Sustai nable Food Systems Developed Through Cell Cultures”, Xədicə Vəliyeva “Integrated Aquaponic-Microbial Fuel Cell Filtration System for Sustainable Production and Nutrition Security”, Ziyad Məmmədcanov “Development of Enzyme-Based Biosensors by Biotechnological Methods” mövzusunda təqdimatla çıxış ediblər. 

Beynəlxalq konfransın əsas məqsədi yaşıl enerji istehsalı üçün  platforma təmin etmək, ətraf mühiti sağlamlaşdırmaq, qlobal istiləşmənin səbəblərini aradan qaldırmaq, cəmiyyəti təhlükəli maddələrin təsirindən qorumaq, ərzaq təhlükəsizliyini təmin etmək, eləcə də iqtisadiyyatın və cəmiyyətin davamlılığını möhkəmləndirmək məqsədlərinə xidmət edəcəkdir.