SABAH tələbələri “Baku Archifest 2025”də iştirak ediblər
06 Noyabr 2025
SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (#AzMİU) 60-a yaxın tələbəsi “Baku #Archifest 2025” memarlıq festivalında iştirak edib.
Festival bu il Bakı şəhərində memarlıq, dizayn və şəhərsalma sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə keçirilib.
Tədbir çərçivəsində tələbələr yerli və xarici memarların təqdimatlarını izləyib, müxtəlif interaktiv müzakirələrdə, ustad dərslərində və sərgilərdə fəal iştirak ediblər.
Festival gənclərin peşəkar inkişafına, həmçinin dayanıqlı şəhərsalma ideyalarının təşviqinə töhfə verməyi hədəfləyib.
Tələbələr festival zamanı bir sıra tanınmış memarlıq studiyaları və ekspertlərlə təmas quraraq gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.