SABAH tələbələri 76-cı Beynəlxalq Astronavtika Konqresində!
TƏLƏBƏLƏR
01 Oktyabr 2025
SABAH qrupları tələbələri Avstraliyanın Sidney şəhərində 76-cı Beynəlxalq Astronavtika Konqresində iştirak edir!
Azərkosmos nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində (#IAC 2025) 14 ali təhsil müəssisəsindən 53 nəfər tələbə, gənc mütəxəssis və alimdən ibarət Milli Elmi Komanda təmsil olunur. Bu nüfuzlu beynəlxalq tədbir kosmik tədqiqatlar sahəsində qlobal əməkdaşlıq və innovasiyaların təşviqi üçün mühüm platformadır.
Azərbaycan nümayəndə heyəti konqresdə kosmik tədqiqatlar, kosmik rabitə və naviqasiya texnologiyaları, eləcə də kosmik təhsil sahələrini əhatə edən müxtəlif elmi istiqamətlər üzrə məqalələrlə çıxış edəcək. Çıxışlarda həmçinin kosmik fəaliyyətlərin təhlükəsizliyi, sabitliyi və davamlılığı, yerin müşahidəsi texnologiyaları və kiçik peyk missiyaları kimi aktual mövzular müzakirə olunacaq.
SABAH qruplarının tələbələri konqresdə fəal iştirak edərək Azərbaycanın gənc nəslinin kosmik tədqiqatlardakı potensialını nümayiş etdirəcək.