SABAH qruplarının magistr tələbələri Ərciyəs Universitetində
TƏLƏBƏLƏR
06 Oktyabr 2025
SABAH qrupları Bakı Dövlət Universitetinin magistratura səviyyəsinin Biologiya ixtisasının “Molekulyar biologiya” ixtisaslaşmasının II kurs magistrantları Gülbanu Nəbiyeva və Nərmin Əliyeva Türkiyə Respublikasının təsis etdiyi “Türkiye Uluslararası Değişim Burs Programı”-nın qalibi olmuşlar və 2025/2026-cı tədris ilinin payız semestrində Türkiyə Respublikasının Ərciyəs Universitetində ödənişsiz əsaslarla, təqaüdlə təhsil almaq hüququ qazanmışlar.