XƏBƏRLƏR

SABAH qruplarının II kurs tələbələri üçün silsilə təlim və tədbirlərə artıq start verilmişdir!

TƏLƏBƏLƏR

22 Fevral 2019

SABAH qruplarına qəbul olmuş II kurs tələbələri üçün hər il təşkil olunan silsilə təlim və tədbirlərə artıq start verilmişdir!

Yeni tədris ilinin ilk təlimi “Şəxsi effektivlik və peşəkar inkişaf” mövzusuna həsr edilmişdir. Təlim AAAF Holdingin vitse prezindeti, peşəkar idarəçi, biznes konsultant və təlimçi Fəxri Ağayev tərəfindən aparılmışdır.

Görüşdə tələbələrə vaxtın düzgün idarə olunması, şəxsi və peşəkar inkişaf, düzgün CV tərtib etməyin yolları haqda məlumat verilmiş, görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

SABAHı bizimlə düşündüyü üçün Fəxri Ağayevə təşəkkür edirik!

Ümidvarıq ki, bu təlimlər tələbələrimiz üçün olduqca maraqlı və faydalı olacaqdır!

Qeyd edək ki, praktik mövzularda təlimlərimiz davam etdiriləcəkdir.