XƏBƏRLƏR

SABAH qrupları layihəsinin hesabat görüşü baş tutub

UNİVERSİTETLƏR

17 Dekabr 2025

SABAH qrupları layihəsinin 2025-ci il ərzində həyata keçirilmiş fəaliyyət və tədbirlərinə dair hesabat görüşü baş tutub.

Görüşdə layihə çərçivəsində il ərzində görülən işlər, təşkil olunan tədbirlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər ətrafında geniş müzakirələr aparılıb.

Görüş zamanı SABAH qruplarının fəaliyyət göstərdiyi universitetlərin SABAH mərkəz rəhbərləri çıxış edərək rəhbərlik etdikləri mərkəzlər üzrə görülmüş işlər, keçirilmiş tədbirlər və əldə olunan nəticələr barədə hesabatlar təqdim ediblər.

Qeyd edək ki, hesabatda SABAH qruplarının fəaliyyət göstərdiyi ali təhsil müəssisələrində tələbələrin akademik, elmi və sosial inkişafına yönəlmiş təşəbbüslər, il ərzində təşkil olunan təlimlər, seminarlar, konfranslar, sosial layihələr və digər maarifləndirici tədbirlər barədə ətraflı məlumat təqdim olunub, eləcə də SABAH qrupları layihəsinin gələcək mərhələlərdə də tələbəyönümlü yanaşma əsasında inkişaf etdiriləcəyi vurğulanıb.

Görüşün sonunda SABAH qrupları İcra Komitəsi 2025-ci il üçün ayrılmış tədbirlər büdcəsinin həm yaz, həm də payız semestri üzrə hesabatını təqdim edərək hesabatlılıq və şəffaflığı təmin edib.