SABAH məzunu “Forbes Under 30 Summit 2025”-də
MƏZUNLAR
13 Oktyabr 2025
ABŞ-ın Ohayo ştatında keçirilən Forbes Under 30 Summit 2025 tədbirində bu il Azərbaycanın innovasiya ekosistemi də yer alıb. Dünyanın müxtəlif ölkələrindən seçilmiş gənc liderləri, sahibkarları və innovatorları bir araya gətirən bu sammit ideya mübadiləsi və qlobal əməkdaşlıq üçün mühüm platforma hesab olunur.
“Metatesk” startapının təsisçisi və direktoru Günay İmanzadə sammitdə innovasiya, təhsil və texnologiya sahələrində aparılan sessiyalarda çıxış edərək yerli təcrübə və imkanlardan bəhs edib. Sammit çərçivəsində keçirilən “Xidmət Günü – Mentorluq Proqramı” zamanı təmsilçimiz Ohayo Dövlət Universitetinin “Keenan Center for Entrepreneurship” mərkəzində tələbələrlə görüşdə iştirak edərək öz təcrübəsini bölüşüb, onların ideyalarına dəstək göstərib və gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin SABAH qruplarının "Kimya müəllimliyi" ixtisası üzrə 2017-ci il məzunu Günay İmanzadə nüfuzlu Forbes jurnalının “30 Under 30” siyahısında yer alan azərbaycanlı gənc sahibkardır.