XƏBƏRLƏR

SABAH məzunu dünya çempionu oldu!

MƏZUNLAR

24 Noyabr 2025


SABAH qrupları Azərbaycan Dillər Universitetinin “Xarici dil (İngilis dili) müəllimliyi” ixtisası üzrə 2017-ci il məzunu Ülviyyə Fətəliyeva beynəlxalq arenada daha bir böyük uğura imza atıb.


İspaniyada qadın şahmat komandaları arasında keçirilən dünya çempionatında final qarşılaşması Azərbaycan və FIDE komandaları arasında baş tutub. Yarışın fərdi nəticələrinə əsasən, birinci lövhədə çıxış edən Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və qızıl medala layiq görülüb.