SABAH məzunu beynəlxalq müsabiqədə!
MƏZUNLAR
19 May 2025
SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2018 ci il məzunu, hal hazırda ADA Universiteti ilə Milan Politexnik Universiteti arasında beynəlxalq əməkdaşlıq çərçivəsində “Fəlsəfə Doktoru” proqramının tələbəsi Nadir Şükürov beynəlxalq tədbirdə uğurla iştirak etmişdir.
2025-ci ilin may ayında Nadir Şükürov İtaliyanın Padova şəhərində təşkil olunmuş “İtaliyada Dayanıqlı Şəhər Mobillik Resurlarının İnkişafı və Turizmin Müasir Strategiyaları” mövzusunda Avropa Nəqliyyat Assosiasiyasının Hackathon müsabiqəsində iştirak etmişdir.
Müsabiqə 32 saat davam etmiş, mühəndislər, proqramçılar, memarlar və nəqliyyat planlaşdırıcılarının birgə çalışması ilə “NET Engineering, Systematica və Transform Transport” kimi önəmli şirkətlərin dəstəyi ilə keçirilmişdir.
Nadir Şükürovun komandası “Multidissiplinar Yanaşmalar” əsasında hazırladığı innovativ layihə ilə müsabiqədə seçilmiş və sertifikatla təltif olunmuşdur.