XƏBƏRLƏR

SABAH İncəsənət Festivalı tezliklə başlayır!

TƏLƏBƏLƏR

29 May 2025

2 iyun Bakı Musiqi Akademiyası SABAH tələbələrinin ifasında klassik musiqi proqramı, 3 iyun tarixində isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin ifasında F. Kafkanın “Metamorfoz” tamaşası təqdim olunacaqdır. 

Eyni zamanda iki gün boyunca Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH tələbələrinin müxtəlif sahələr üzrə incəsənət nümunələrinin nümayişi olunacaqdır.


Eləcə də, festival çərçivəsində 30 may – 3 iyun tarixlərində SABAH qrupları və Türkiyənin Ufuk Planlama şirkəti ilə birgə "Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində "Dayanıqlı Şəhər Layihəsi" Multidisiplinar Məkan Planlaşdırma təlimi baş tutacaqdır.