Rəşad Ələkbərovun təqdimatında təlim keçirilib.
TƏLƏBƏLƏR
19 May 2025
Azərbaycan Rəssamlıq Akademiyası (#ARA) SABAH mərkəzinin təşkilatçılığı ilə ARA-nın Muzey-Sərgi Kompleksində Əməkdar rəssam Rəşad Ələkbərovun təqdimatında “Metal sənətinə bədii yanaşmalar və dizayn” mövzusunda təlim keçirilmişdir.
Təlimçi Rəşad Ələkbərov tədbir zamanı metal sənətinin tarixi inkişaf mərhələləri, müasir dizaynda istifadəsi və onun estetik xüsusiyyətləri barədə ətraflı məlumat vermişdir. O, həmçinin şəxsi yaradıcılıq təcrübəsi əsasında müxtəlif texnikalar, istifadə olunan materiallar və bu sahədə qarşılaşan çətinliklər haqqında danışmış, iştirakçıların suallarını cavablandırmışdır.
Tədbir gənc rəssamların və dizaynerlərin yaradıcı baxışlarının formalaşmasına töhfə vermək məqsədilə təşkil olunmuşdur.