Qırğız-Türk Manas Universitetinin qonaq professoru SABAH qruplarında
TƏLƏBƏLƏR
13 Oktyabr 2025
Qırğızıstanın Qırğız-Türk Manas Universitetinin professoru Fikret Soyer “Orhun” mübadilə proqramı çərçivəsində Azərbaycan İdman Akademiyasına səfər edib.
Professor Fikret Soyer iki həftəlik mübadilə müddətində “İdman menecmenti və kommunikasiya“ ixtisası üzrə SABAH tələbələrinə “Beynəlxalq idman menecmenti” və “Olimpiya hərəkatının fəlsəfəsi və idarə edilməsi” fənlərini tədris edib.
Qeyd edək ki, türk dövlətlərinin birgə layihəsi olan “Orhun” Mübadilə Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi ölkələrin müxtəlif universitetləri iştirak edir.