“Olumlu Davranışsal Dəstək” təliminin ilk günü baş tutdu
TƏLƏBƏLƏR
07 Noyabr 2025
SABAH qruplarının pedaqoji yönümlü tələbələri üçün “Olumlu Davranışsal Dəstək” təliminin ilk günü baş tutdu.
7 noyabr 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi ilə Azərbaycan Beynəlxalq Maarif Məktəbləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Olumlu Davranışsal Dəstək” mövzusunda təlimin ilk günü uğurla baş tutub.
Mevlüt Altıntop tərəfindən keçirilən, dörd moduldan ibarət proqram çərçivəsində iştirakçılara sinifdaxili müsbət davranışların formalaşdırılması, şagird motivasiyasının artırılması, qarşılıqlı ünsiyyətin effektiv təşkili və müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi mövzularında nəzəri və praktiki biliklər təqdim olunur.
Təlimdə pedaqoji fəaliyyətlə məşğul olan magistratura tələbələri və 4–5-ci kurs bakalavriat tələbələri olmaqla ümumilikdə 30 tələbə iştirak edir.
Proqramın məqsədi SABAH qruplarının pedaqoji yönümlü tələbələrinin gələcək müəllim kimi peşəkar bacarıqlarını inkişaf etdirmək, məktəb mühitində müsbət davranış yanaşmalarını təşviq etməkdir.
Qeyd edək ki, “Olumlu Davranışsal Dəstək” təlimi 28 noyabr 2025-ci il tarixinədək davam edəcək.