XƏBƏRLƏR

Korvinus Universitetinin dosenti SABAH tələbələrinə master-klass keçdi

TƏLƏBƏLƏR

31 Oktyabr 2025

Budapeşt Korvinus Universitetinin Maliyyə İnstitutunun rəhbəri və Maliyyə kafedrasının dosenti Dr. Kata Váradi oktyabr ayının son həftəsində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) səfər etmişdir.

Səfər çərçivəsində Dr. Váradi SABAH qruplarının tələbələri üçün aşağıdakı mövzularda maraqlı və interaktiv master-klasslar keçib:
Biodiversity Finance (Biomüxtəlifliyin maliyyə modelləri)
Derivatives (Törəmə alətlər)
Business Valuation (Biznesin qiymətləndirilməsi)

Bu görüş tələbələrə beynəlxalq təcrübədən faydalanmaq, maliyyə sahəsində müasir yanaşmaları öyrənmək və praktik biliklərini artırmaq imkanı yaradıb.