“Dayanıqlı Şəhər Layihəsi”nin 3-cü mərhələsi Ankarada başladı!
12 Noyabr 2025
12 noyabr 2025-ci il tarixində Ankara Müzik ve Güzel Sanatlar Universitetində (#MGÜ) “Ufuk Planlama Kent Orman Yaşam Atölyesi” layihəsi çərçivəsində “Sanat ve Şehir: MGÜ Kampüs Planlaması” adlı məkan planlaşdırması təliminin açılış mərasimi keçirildi.
Açılış mərasimində dövlət himnləri səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Açılışda Ankara Müzik ve Güzel Sanatlar Universitetinin prorektoru Prof. Dr. Zafer Kurtaslan, Türkiyənin “Ufuk Planlama” şirkəti və Kent Orman Yaşam Atelyesinin qurucusu Dr. Nejla Kılınç, Ankara Müzik ve Güzel Sanatlar Universitetindən Prof. Dr. Güzin Ayrancıoğlu, SABAH qrupları İcra Komitəsinin rəhbəri dosent Elza Səmədova, Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar.
Mərasimdə iştirak edənlərə layihənin məqsədləri, “şəhər, sənət və təbiət” anlayışlarının planlaşdırma prosesində birləşməsi, həmçinin Azərbaycan və Türkiyə universitetləri arasında elmi əməkdaşlıq imkanları haqqında məlumat verildi.
Təlim proqramı çərçivəsində tələbələr və mütəxəssislər kampus planlaması, şəhər dizaynı, davamlı yaşıl sahələr, səs və rəng analizləri, vizual sənətlər və urbanistik estetika mövzularında praktik və nəzəri məşğələlərdə iştirak edəcəklər.
Beş gün davam edəcək proqram şəhər planlaşdırması, memarlıq və incəsənət arasında körpü yaratmağı, eləcə də gənc mütəxəssislərin birgə yaradıcılıq mühitində fəaliyyətini dəstəkləməyi hədəfləyir.
Təlim proqramında Orta Doğu Teknik Universiteti (#ODTÜ), #İstanbul Universiteti, #Ankara Universiteti, #Çankırı Karatekin Universiteti, #Karabük Universiteti, #Gazi Universiteti, Azərbaycan #Memarlıq və #İnşaat Universiteti, Azərbaycan #Rəssamlıq Akademiyası və #Xəzər Universitetini təmsil edən ümumilikdə 40 tələbə iştirak edir.
Tədbir 16 noyabr 2025-ci il tarixində təqdimatlar, yekun təqdimatlar və bağlanış mərasimi ilə başa çatacaq.
Qeyd edək ki, layihənin birinci mərhələsi 30 may – 3 iyun, ikinci mərhələsi 27–31 oktyabr 2025-ci il tarixlərində keçirilmişdir.
#DayanıqlıŞəhər #EATDA #SABAHqrupları #MGÜ #AZMİU #ARA #UfukPlanlama #Ankara #Təhsil #Şəhərsalma #Memarlıq #İnşaat #Universitetlər #Əməkdaşlıq