“COP 29 Davamlı Gələcək üçün İncəsənət” sərgisinin ikinci günü.
TƏLƏBƏLƏR
07 Noyabr 2024SABAH #İncəsənət Festivalı çərçivəsində keçirilən “COP 29 Davamlı Gələcək üçün İncəsənət” sərgisi davam edir.
Qeyd edək ki, sərginin ikinci günü Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev və ali təhsil müəssisələrinin rəhbərliyi sərgini böyük maraqla izləmişlər.
Sərgidə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (#AzMİU) SABAH qrupları tələbələrinin memarlıq layihələri, Azərbaycan Rəssamlıq Akademiyasının (#ARA) SABAH qrupları tələbələrinin incəsənət nümunələri nümayiş olunmuşdur. Daha sonra sərgi Bakı Musiqi Akademiyasının (#BMA) SABAH qrupları tələbələrinin ifasında xor və instrumental musiqi çıxışları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (#ADMİU) SABAH tələbələrinin təqdimatında bədii kompozisiyası nümayişi ilə davam etmişdir.