XƏBƏRLƏR

BDU SABAH tələbəsi beynəlxalq elmi tədbirdə təqdimatla çıxış edib

TƏLƏBƏLƏR

07 Yanvar 2026

SABAH qrupları Bakı Dövlət Universitetinin Biologiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Vüsalə Cəfərli Tacikistan Respublikasının Düşənbə şəhərində 23–27 dekabr 2025-ci il tarixlərində keçirilən “MDB-yə üzv dövlətlərin Kimyaçılar Məktəbi” layihəsi çərçivəsində təşkil olunmuş beynəlxalq elmi tədbirdə “Nanohissəciklər və canlı sistemlər: faydalar və risklər” mövzusunda təqdimatla çıxış etmişdir.

Beynəlxalq elmi tədbirdə müasir kimyanın aktual problemləri, kimya təhsili və elmi-tədqiqat fəaliyyətinin inkişaf perspektivləri, ekoloji təhlükəsizlik, suyun kimyəvi təmizlənməsi üsulları, innovativ kimyəvi texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Proqram çərçivəsində alimlərin mühazirələri, iştirakçıların elmi təqdimatları və məruzələri dinlənilib.

Qeyd edək ki, Azərbaycan gənclərinin elmi potensialının tanıdılması, bilik mübadiləsinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.