BDU SABAH tələbələri intellektual yarışda qalibiyyəti.
TƏLƏBƏLƏR
19 May 2025
BDU SABAH qruplarının Hüquqşünaslıq ixtisasının III kurs tələbələrindən ibarət komanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə ümumrespublika gəncləri arasında keçirilən “Legal Ring” intellektual yarışında II yerin qalibi oldu.
Komanda üzvləri Azər Seyidli, Anar Əlili, Aysel Orucova, Xanım Hüseynli, Şəbnəm Həsənova, Gülnar Qasımlıdır.
“Legal Ring” layihəsinin əsas məqsədi gənclərin hüquqi biliklərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. İştirakçıların strateji düşünmə, komanda ruhu və operativ qərarvermə bacarıqlarının formalaşdırılması baxımından önəmli bir platformadır. Yarışmada gənclər hüquqi düşüncə tərzlərini, Konstitusiya və milli qanunvericilik sahələrini, analitik və tənqidi təhlil bacarıqlarını genişləndirdilər.