AzTU SABAH tələbələri “Elektrik və elektronika” mövzusunda təlimdə iştirak etdilər.
TƏLƏBƏLƏR
03 İyun 2025
SABAH qrupları Azərbaycan Texniki Universitetinin “Elektrik və elektronika” mühəndisliyi ixtisasının III kurs tələbələrinə “Elektrik və elektronika mühəndisliyində təməl və yenilikçi texnologiyalar” mövzusunda 29 may – 2 iyun 2025-ci il tarixlərində təlim təşkil olunmuşdur.
Təlim Ankaranın Qazi Universitetinin “Elektrik və elektronika” mühəndisliyi fakültəsinin professoru, fəlsəfə doktoru Müslüm Cengiz Taplamacıoğlu tərəfindən keçirilmişdir.
Təlimin proqramı “Elektrik enerjisinin tarixi inkişafı (Edison’dan Elon Musk’a qədər)”, “Yenilənəbilən enerji mənbələri”, “Enerji sistemlərində açar elementlər (kəsicilər/ayırıcılar)” mövzularını əhatə etmişdir.
Təlim müddətində tələbələrə elektrik biliklərinin təkmilləşdirilməsi istiqamətində müasir elektrik qurğularının işləmə prinsipləri və tətbiq sahələri geniş şəkildə izah edilmişdir. Həmçinin, elektrik və elektronika sahəsində keçmişdən bu günə qədər baş vermiş mühüm yeniliklər və texnoloji inkişaflar ətraflı şəkildə təqdim olunaraq, tələbələrin mövzuya dair anlayışları dərinləşdirilmişdir. Təlimin sonunda iştirakçılar üçün yekun imtahan təşkil olunmuş və tələbələr müvafiq şəkildə qiymətləndirilmişdir. Təlimləri uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim edilmişdir.