Azərbaycan İdman Akademiyasının SABAH tələbələri seminarda.
TƏLƏBƏLƏR
19 May 2025
Azərbaycan İdman Akademiyasında SABAH qruplarının tələbələri üçün “Böhran kommunikasiyası: Krizis, yoxsa fürsət?” mövzusunda maarifləndirici seminar təşkil olunub.
Qarabağ Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev çıxış edərək, böhran vəziyyətlərində effektiv kommunikasiya strategiyalarının əhəmiyyətindən bəhs edib. Spiker öz peşəkar fəaliyyətində qarşılaşdığı real nümunələr əsasında böhranın düzgün idarə olunması sayəsində necə fürsətə çevrilə biləcəyini vurğulayıb.
Tədbirin əsas məqsədi gələcəyin məşqçilərinə, idman menecerlərinə və idman media mütəxəssislərinə böhran vəziyyətlərində effektiv kommunikasiya bacarıqlarının aşılanması, nəzəri biliklərlə yanaşı, praktiki yanaşmaların təqdim olunması olub.
Sözügedən tədbir tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, idman kommunikasiyası sahəsində nəzəri və praktiki biliklər arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə xidmət edib.