ADPU SABAH tələbələri üçün xüsusi təhsil üzrə praktik səfər
TƏLƏBƏLƏR
26 Dekabr 2025
SABAH qrupları Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Korreksiyaedici təlim ixtisası üzrə 3-cü tədris ilinin tələbələri “Xromosom patologiyalarının prenatal diaqnostikası” fənni üzrə sərbəst işlərin praktik hissəsi çərçivəsində Bakı şəhəri Nizami rayonunda yerləşən Daun sindromlu şəxslərin reabilitasiya mərkəzinə səfər etmişlər.
Səfər ADPU SABAH mərkəzinin dəstəyi və fənn müəllimi Günay Bədəlzadənin təşəbbüsü ilə təşkil olunmuşdur.
Ziyarət zamanı tələbələr mərkəzin fəaliyyəti, reabilitasiya yanaşmaları və Daun sindromlu uşaqlarla aparılan korreksiyaedici işlərlə tanış olmuş, praktiki məşğələlərdə müşahidələr apararaq tətbiq olunan metodları və uşaqların davranış xüsusiyyətlərini təhlil etmişlər. Bu praktiki fəaliyyət tələbələrin nəzəri biliklərinin real mühitdə tətbiqinə, peşə hazırlığının və xüsusi təhsil üzrə praktik kompetensiyaların formalaşmasına mühüm töhfə vermişdir.