XƏBƏRLƏR

35 SABAH qrupları məzunu “2022-2026 Dövlət Proqramı” Dövlət Proqramı - Xaricdə təhsil təqaüdçüsü adını qazanmışdır!

MƏZUNLAR

19 Oktyabr 2023

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023/2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə nəticələr müəyyən olunmuşdur. Təqaüd qazanan gənclər sırasında 35 SABAH qrupları məzunu da nüfuzlu ali təhsil müəssisələrindən qəbul almışdır.

Təqaüd qazanmış SABAH məzunlarımızı təbrik edir və uğurlar arzulayırıq!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq