2 fevral – Azərbaycan Gəncləri Günü!
MƏZUNLAR
02 Fevral 2026
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edirik!
Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş və Azərbaycan gəncliyinin potensialını, nailiyyətlərini və gələcəyə olan inamını qeyd etmək üçün mühüm bir bayramdır.
Azərbaycan gənclər siyasətinin ən uğurlu nümunələrindən biri Gənclər üçün Prezident Mükafatıdır. Elm, təhsil, mədəniyyət, innovasiya və digər sahələrdə fərqlənən gənclərimizin bu ali mükafatla təltif olunması dövlətin gənclərə olan etimadının bariz göstəricisidir.
Qürurla qeyd edirik ki, SABAH qrupları layihəsinin məzunları və tələbələri illər ərzində bu mükafatın daimi qalibləri sırasında yer alıblar. Bu uğurlar SABAH-ın istedadlı gəncləri aşkarlamaq, dəstəkləmək və inkişaf etdirməkdəki effektivliyini bir daha sübut edir.