XƏBƏRLƏR

Marmara Universitetinin dosenti Doç.Dr.Durmuş Ümmet BDU-da ustad dərsi keçdi

TƏLƏBƏLƏR

25 Aprel 2024

Elm və Ali Təhsil üzrə Dövlət AgentliyiSABAH qruplarının təşkilatçılığı ilə #Marmara Universitetinin dosenti Doç.Dr.Durmuş Ümmet BDU-da #SABAH tələbələrinə “Həll yönümlü terapiya: qaydalar və metodlar” mövzusunda ustad dərsi keçmişdir.

Ustad dərsi pozitiv düşüncə, insanların xoşbəxt vəziyyətdə olmaları üçün nəyə diqqət etməli, problem həll etməyin yolları kimi mövzuları əhatə etmişdir. Tədbirdə eləcə də ali təhsil müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti və doktorantlar iştirak etmişdir. Qeyd edək ki, dərs interaktiv şəkildə davam edib və tələbələri maraqlandıran suallar cavablandılıb.