XƏBƏRLƏR

Hacettepe Universitetinin professoru Selahattin Gelbalın modul tipli dərsləri başa çatmışdı

TƏLƏBƏLƏR

16 Aprel 2024

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları və ADPU-nun təşkilatçılığı ilə aprelin 13-dən 20-dək Bakıda səfərdə olan #Hacettepe Universitetinin professoru Selahattin Gelbalın “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə #SABAH qrupları magistrlarına “Təhsildə ölçmə, qiymətləndirmə və elmi tədqiqatda data analizi” mövzusunda modul tipli dərsləri başa çatmışdır.

Qeyd edək ki, aprelin 18-də S.Gelbal eləcə də #EATDA #SABAH qruplarının əməkdaşlığı ilə #ADPU-nun Pedaqoji Forumunun XIV dinləməsində “Ali təhsildə ölçmə və qiymətləndirmədə yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış etmişdir. Dinləməni giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov qeyd edib ki, S.Gelbal həyatının 40 ilindən çoxunu Hacettepe Universitetində təhsil araşdırmalarına, təhsildə qiymətləndirmə üzrə tədqiqatlara sərf edib. Məruzəçi isə öz növbəsində bu sahədə öz təcrübələrini və gəldiyi nəticələri tədbir iştirakçıları ilə bölüşüb. Forumda ali təhsil müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti, doktorant, magistrant və bakalavriat tələbələri, eləcə də təhsil ekspertləri və jurnalistlər iştirak etmişdir.